Məsihçi həyatımda günaha necə üstün gələ bilərəm?




Sual: Məsihçi həyatımda günaha necə üstün gələ bilərəm?

Cavab:
Müqəddəs Kitab öz günahlılığımıza üstün gəlmək üçün aşağıdakı vasitələrdən danışır:

(1) Müqəddəs Ruh - məsihçi həyatımızda günah üzərində qələbə qazanmaq üçün Allahın bizə (cəmiyyətə) verdiyi ənamdır. Allah Qalatiyalılara 5:16-25-də bədənin arzularını və Ruhun bəhrələrini qarşı-qarşıya qoyur. Həmin fəsildə biz Ruhla yeriməyə çağırılırıq. Bütün imanlılar artıq Müqəddəs Ruha malikdirlər, ancaq bu fəsil bizə deyir ki, bizim Müqəddəs Ruhun idarəsinə tabe olub, onunla yeriməyə ehtiyacımız var.

Müqəddəs Ruhun imanlıların həyatında hansı dəyişiklikləri edə biləcəyi Peterin həyatında özünü nümayiş etdirir. O Müqəddəs Ruhla dolmamışdan öncə İsanı üç dəfə inkar etmiş və sonra Məsihi ölüncəyə kimi izləyəcəyinə söz vermişdi. Müqəddəs Ruhla dolandan sonra o, Əllinci gündə yəhudilərlə Xilaskar barədə açıq və ciddi danışmışdı.

Müqəddəs Ruhla yeriməklə 1Saloniklilərə 5:19-da yazıldığı kimi o, “Ruhu söndürməməyə” çalışır və Ruhla dolmaq istəyirdi (Efeslilərə 5:18-21). İnsan Müqəddəs Ruhla necə dola bilər? İlk öncə bu, hətta Əhdi-Ətiq dövründə olsa da Allahın seçimi idi. O yerinə yetirilməsini istədiyi işi tamamlamaq üçün Əhdi-Ətiqdəki insanları və xüsusi hadisələri Özü seçirdi (Yaradılış 41:38; Çıxış 31:3; Saylar 24:2; 1Şamuel 10:10 və s.). Mən inanıram ki, Efeslilərə 5:18-21 və Koloslulara 3:16 Allahın Sözü ilə dolu olan insanları Allahın seçdiyinə sübudur. Hər iki ayədə ruhla dolma faktı oxşardır. Beləliklə, bu bizi növbəti vasitəyə aparır.

(2) Allahın Sözü olan Müqəddəs Kitabda - 2 Timoteyə 3:16-17-də deyilir ki, Allah bizə Öz Kəlamını verib ki, bizi hər yaxşı iş üçün təlimləndirsin. O bizə necə yaşamağı və nəyə inanmağı öyrədir, səhv yolu seçdiyimizi bizə açıqlayır, düzgün yolu seçməkdə bizə kömək edir. İbranilərə 4:12-də deyilir ki, Allahın Kəlamı canlı və təsirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir. Məzmurçu Zəbur 119:9,11,105 və digər ayələrdə onun həyatdəyişdirici gücündən danışır. Yeşua deyib ki, onun düşmən üzərində müvəffəqiyyət qazanmasının (bizim ruhani döyüşümüzün analogiyası) açarı, Allahın Kəlamını unutmamaq, gecə və gündüz onun üzərində düşünmək olub. O belə də etdi, bu Onun vəd olunmuş torpağa görə olan döyüşlərindəki qələbəsinin açarı idi.

Bu bizim etdiyimiz ümumi gündəlik qaydadır. Xidmətimizə işarə olaraq, biz Müqəddəs Kitabı cəmiyyətə aparır, gündəlik həsr etməni və ya günə bir fəsli oxuyur, lakin sonra oxuduğumuzu yaddan çıxarırıq. Onun üzərində düşünmür, həyatımızda tətbiq etmir, günahlarımıza görə tövbə etmir və Onun bizə verdiyi ənamlara görə minnətdarlıq bildirmirik. Ya biz cəmiyyətə gedərkən, oyaq olmağımız üçün Kəlamdan ruhən qidalanmağımızla kifayətlənir (lakin onu kifayət qədər həzm edib, sağlam inkişaf edən məsihçilər olmuruq) yaxud da biz tez-tez qidalanır, lakin onun üzərində kifayət qədər düşünmür, ondan heç bir ruhani qida götürmürük.

Əgər sən hər gün mənalı yolla Allahın Kəlamını öyrənmirsənsə və Müqəddəs Ruhun ürəyini təsirləndirdiyini yadda saxlamağı vərdiş etməmisənsə, çalış ki, vərdiş etməyə başlayasan. Mən həmçinin məsləhət görürəm ki, bir jurnal və ya dəftər (və ya kompyuterdə - tez-tez çap etməyi bacarırsansa) yazmağa başlayasan və s. Kəlamdan bir şey alıb yazmayana qədər onu tərk etməməyə vərdiş et. Mən tez-tez Allahın dediyi sahələrdə dəyişilməkdə mənə kömək etməsi haqqındakı dualarımı yazıram. Müqəddəs Kitab Müqəddəs Ruhun bizim və başqalarının həyatında istifadə etdiyi alət (Efeslilərə 6:17), ruhani mübarizədə döyüşmək üçün Allahın bizə verdiyi silahlardan ən əhəmiyyətli və böyük vasitələrdən biridir (Efeslilərə 6:12-18)!

(3) Dua - bu Allahın verdiyi digər bir əhəmiyyətli vasitədir. Yenə də bu məsihçilərin dodaq xidmət vasitəsidir, lakin biz ondan az istifadə edirik. Bizim dua toplantımız və dua saatlarımız var, lakin biz ilkin cəmiyyətin nümunəsindən istifadə etmirik (Həvarilərin İşləri 3:1; 4:31; 6:4; 13:1-3 və s.) Pavel təkrar-təkrar xidmətçilər üçün dua etdiyini xatırladır. Lakin biz Allahın bizə verdiyi bu gözəl vasitədən istifadə etmirik. Allah bizə dua ilə əlaqədar olaraq gözəl vədlər verib (Matta 7:7-11; Luka 18:1-8; Yəhya 6:23-27; 1Yəhya 5:14-15 və s.) Yenidən Pavel məktublarında ruhani mübarizəyə hazırlaşmağı da daxil edir (Efeslilərə 6:18)!

Bu nə qədər vacibdir? Əgər sən yenidən Peterə baxsan, İsanı inkar etməmişdən əvvəl, Getsemani bağında Məsihin ona sözü var idi. İsa dua edəndə, Peter yatırdı. İsa onu oyadır və deyirdi, “Oyaq durub dua edin ki, imtahana uğramayasınız. Doğrudan da ruh qeyrətli, bədən isə zəifdir” (Matta 26:41). Sən də Peter kimi düzgün olanı etmək istəyirsən, lakin güc tapa bilmirsən. Biz Allahın xəbərdarlığına fikir verməliyik, axtarmağa, döyməyə və diləməyə davam etməliyik... və Allah istədiyimiz gücü bizə verəcəkdir (Matta 7:7f). Lakin biz dodaq xidmətindən daha çox şey verməliyik.

Mən demirəm ki, dua sirli bir şeydir. Xeyr. Allah heyrətamizdir. Dua bizim şəxsi məhdudiyyətimizi, Allahın tükənməz gücünü dərk etmək və həmin gücü almaqla, Onun bizdən nəyi istədiyini bilmək üçün (öz istədiyimizi yox) Rəbbə dönməkdir (1Yəhya 5:14-15).

(4) Cəmiyyət - bizim inkar etməyə meylli olduğumuz sonuncu vasitədir. İsa Məsih Öz şagirdlərini göndərəndə onları iki-iki göndərirdi (Matta 10:1). Həvarilərin İşlərindəki misioner səyahəti haqqında oxuyarkən görürük ki, onlar harasa bir-bir deyil, qrup halında gedirdilər. İsa demişdi ki, haradasa iki və ya üç kişi Mənim adımla bir yerə toplaşmış olursa, Mən orada, onların arasındayam (Matta 18:20). O bizə əmr etmişdi ki, bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bəzilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək (İbranilərə 10:24-25). O günahlarımızı bir-birimizə etiraf etməyi söyləmişdi (Yaqub 5:16). Əhdi-Ətiqin müdrik ədəbiyyatında bizə deyilir ki, dəmir dəmiri itilər, insan insanın ağlını iti edər (Zəbur 27:17). “Üçqat ip tez qırılmaz” (Vaiz 4:11-12). Burada göstərilir ki, güc birlikdədir.

Bilirəm ki, bəziləri Məsihdə bacı və ya qardaş tapıblar, hansı ki, onlarla ya telefonda, ya da şəxsən, məsihçi həyatlarındakı addımları və necə mübarizə apara bildiklərini bölüşürlər. Onlar bir-biri üçün duada birləşir və Allahın Kəlamının onlara olan müraciəti ilə bir-birinə hesabat verirlər və s.

Bəzən dəyişikliklər bəzi sahələrdə çox tez, bəzilərində isə çox gec gəlir. Lakin Allah vəd etmişdir ki, əgər biz onun vasitələrindən istifadə etsək, O bizim həyatımızda dəyişiklik edəcək. Allahın öz vədlərinə sadiq olduğunu öyrənməyə inadla çalışın.



Ana səhifəyə qayıt



Məsihçi həyatımda günaha necə üstün gələ bilərəm?