Allah varmı? Allahın mövcudluğu haqqında hansısa sübut varmı?




Sual: Allah varmı? Allahın mövcudluğu haqqında hansısa sübut varmı?

Cavab:
Allah varmı? Mən bu müzakirəyə çox diqqət verildiyini müəyyən etdim. Son icmala görə dünyadakı insanların 90 %-i Allahın və ya daha böyük bir qüvvənin varlığına inanır. Hər halda, Allahın varlığına inanan insanların üzərinə Allahın həqiqətən mövcud olduğunu necəsə sübut etmək məsuliyyəti düşür. Mən başqa bir yolun olduğunu düşünürəm.

Lakin Allahın yolu sübut və ya təkzib oluna bilməz. Müqəddəs Kitab deyir ki, biz Allahın mövcudluğu faktını imanla qəbul etməliyik, “İman etmədən Allaha məqbul olmaq isə qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir” (İbranilərə 11:6). Əgər Allah istəsə, O sadəcə görünər və Öz varlığını bütün dünyaya sübut edər. Lakin əgər O bunu etsə, dünyada imana heç bir ehtiyac qalmaz. İsa ona dedi: “Məni gördüyün üçün iman etdin; görmədən iman edənlər bəxtiyardırlar” (Yəhya 20:29).

Bu onu göstərmir ki, dünyada Allahın varlığını sübut edən heç bir dəlil yoxdur. Müqəddəs Kitab bəyan edir, “Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini elan edir. Hər gün ertəsi günə nəql edir, hər gecə o biri gecəyə bilik verir. Onların nə nitqi, nə də sözləri var, onların səsləri eşidilmir. Amma avazları bütün dünyaya yayılır, sözləri yerin ucqarlarına çatır. Allah günəş üçün göylərdə çadır qurur” (Zəbur 19:1-4). Ulduzlara baxmaq, kainatın böyüklüyünü dərk etmək, təbiətin gözəlliklərini seyr etmək, günəşin batmasının gözəlliyini görmək - bütün bunlar Yaradan Allaha işarə edir. Əgər bunlar da kifayət etmirsə, bizim ürəklərimizdə Allahın sübutu var. Vaiz 3:11 bizə deyir, “...Allah əbədiyyəti də insanların ürəyinə qoydu.” Həmçinin bizim daxilimizdə, ürəyimizin dərinliklərində başqa bir həyatın və başqa bir dünyanın mövcudluğuna inam var. Biz bu biliyi əqlən inkar edə bilərik, lakin Allahın bizdəki və bizim vasitəmizlə olan hüzuru hələ də ürəyimizdə var. Bütün bunlara baxmayaraq, Müqəddəs Kitab bizə xəbərdarlıq edir ki, bəziləri Allahın varlığını inkar edəcəklər, “Axmaqlar ürəyində “Allah yoxdur!” - deyə düşünürlər” (Zəbur 14:1). Tarix boyunca bütün mədəniyyət, sivilizasiya və kontinentlərdəki insanların 98 %-i hansısa Allaha inanıb - bu imana kimsə və ya nəsə səbəb ola bilərdi.

Allahın varlığı haqqındakı Biblik sübutlara əlavə olaraq məntiqi sübutlar da var. Birincisi, Allahın varlığı haqqındakı ontoloji sübutdur. Ontoloji sübutun ən məşhur forması Allahın mövcudluğunu sübut etmək üçün Allah haqqındakı ümumi məlumata əsaslanır. Bu Allahdan “başqa daha əzəmətli varlıq düşünülə bilməz” təyinatı ilə başlayır. Əgər Allah olmasaydı, onda Ondan əzəmətli varlıq haqqında düşünülə bilməzdi - lakin bu Allahın həqiqi təyinatına zidd olardı. İkinci teleoloji sübutdur. Teleoloji sübut budur ki, əgər dünya bu qədər heyrətamiz yaradılıbsa, deməli bunu yaradan ilahi dizayner olmalıdır. Məsələn, əgər yer kürəsi, hətta 500 mil belə günəşə yaxın və ya günəşdən uzaq olsaydı, hazırki həyatı saxlamaq iqtidarında olmazdı. Atmosferdəki elementlər, hətta çox az faizlə indikindən fərqlənsəydi, yer kürəsindəki bütün canlılar məhv olardı. Bir protein molekulunun tərkibi 1-də 10²³⁴-dür. Bir hüceyrə milyonlarla protein molekullarından təşkil olunmuşdur.

Allahın mövcudluğuna dair üçüncü məntiqi sübut kosmoloji sübutdur. Hər bir nəticənin səbəbi olmalıdır. Kainat və hər şey nəticədir. Hər bir şeyin mövcud olması üçün hansısa səbəb olmalıdır. Hər halda, hər şeyin mövcud olması üçün hansısa “səbəbsiz” bir şey olmalıdır. Bu “səbəbsiz” şey Allahdır. Dördüncü sübut mənəvi sübut kimi tanınır. Tarix boyu hər bir mədəniyyətin bəzi qaydaları olub. Hər kəsdə doğru və yanlışlıq duyğusu var. Qatillik, yalan, oğurluq və əxlaqsızlıq həmişə bəşəriyyət tərəfindən rədd olunub. Əgər bizdə olan doğru və yanlış duyğular Müqəddəs Allahdan gəlmirsə, bəs haradan gəlir?

Bütün bunların əksinə olaraq, Müqəddəs Kitab bizə deyir ki, insanlar Allah haqqındakı aydın və inkarolunmaz biliyi qəbul etməyəcək və yalana inanacaqlar. Romalılara 1:25 bəyan edir, “Onlar Allahın həqiqətini yalanla dəyişdirdilər və Xaliq əvəzinə məxluqa pərəstiş və ibadət etdilər. O Allah ki, əbədi olaraq mübarəkdir. Amin” Həmçinin Müqəddəs Kitab elan edir ki, insanlar Allaha iman etmədikləri üçün üzürsüzdürlər, “Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür. Buna görə də üzürsüzdürlər” (Romalılara 1:20).

İnsanlar ona görə Allaha inanmırlar ki, bunun “elmi olmadığını” və ya “sübutu olmadığını” iddia edirlər. Əsl səbəb isə odur ki, əgər insanlar Allahın varlığını qəbul etsələr, onlar həmçinin Allaha cavabdeh olduqlarını və Allahdan bağışlanmaya ehtiyacları olduğunu başa düşəcəklər (Romalılara 3:23, 6:23). Əgər Allah varsa, Onda biz öz əməllərimizə görə onun qarşısında məsuliyyət daşıyırıq. Əgər Allah yoxdursa, onda biz Allahın bizi cəzalandıracağından narahat olmayıb, istədiyimiz hər şeyi edə bilərik. Mən inanıram ki, ona görə təkamül ictimaiyyətdən belə güclü yapışıb ki, insanlara Yaradan Allaha inanmaq seçimi versin. Allah mövcuddur və hamı bilir ki, O var. Əsl həqiqət budur ki, kimsə Onun mövcud olmadığını təkidlə sübuta yetirmək istəyirsə, nəticədə bu Onun mövcudluğunun sübutuna çevrilir.

İzin ver mən Allahın varlığı haqqında son sübutu deyim. Mən Allahın mövcud olduğunu nədən bilirəm? Mən bilirəm ki, Allah var, çünki mən hər gün Onunla danışıram. Mən Onun mənimlə danışarkən səsini eşitmirəm, lakin mən Onun hüzurunu duyuram, Onun idarəsini hiss edirəm, Onun məhəbbəti haqqında bilirəm və Onun lütfünü arzu edirəm. Həyatımda baş verən hadisələrin Allahdan başqa izahı mümkün deyil. Allah məni elə möcüzəli şəkildə xilas edib və dəyişib ki, mən heç nə edə bilmirəm, yalnız Onun varlığını dərk edir və Ona həmd edirəm. Bu sübutların heç biri belə aydın olan şeyi başa düşməyi inkar edən kimsəni inandıra bilməz. Sonda Allahın varlığı iman vasitəsilə qəbul edilməlidir (İbranilərə 11:6) Allaha inam qaranlıqda atılan kor sıçrayış deyil, bu yaxşı işıqlandırılmış otaqda atılan təhlükəsiz addımdır, harada ki, artıq insanların 90 %-i dayanıb.



Ana səhifəyə qayıt



Allah varmı? Allahın mövcudluğu haqqında hansısa sübut varmı?