Müqəddəs Kitab irqlərarası evlilik barədə nə deyir?




Sual: Müqəddəs Kitab irqlərarası evlilik barədə nə deyir?

Cavab:
Əhdi-Ətiq qanunları israillilərə irqlərarası nigaha daxil olmamağı əmr edib (Qanunun Təkrarı 7:3-4). Bunun səbəbi o idi ki, onlar yollarını azıb, bütpərəstlərlə evlənə və Allahdan uzaqlaşa bilərdilər. Eyni prinsip Əhdi-Cədiddə də deyilib, lakin bir qədər fərqli səviyyədə: “İmansızlarla eyni boyunduruğa girməyin. Axı salehlik ilə qanunsuzluq arasında nə ortaqlıq ola bilər? İşıqla qaranlıq arasında nə şəriklik ola bilər?” (2Korinflilərə 6:14). Necə ki, israillilərə (tək Allaha inananlara) imansızlarla nigaha girməmək əmr olunmuşdusa, eləcə də məsihçilərə (tək həqiqi Allaha inananlara) də imansızlarla evlənməmək əmr olunub. Bu suala spesifik cavab versək, xeyr, Müqəddəs Kitab müxtəlif irqlərarası evliliyin səhv olduğunu demir.

İnsan öz xüsusiyyətlərinə görə mühakimə olunmalıdir, dərisinin rənginə görə deyil. Biz bəzi insanlara xeyirxahlıq edib, digərlərinə qarşı isə ayrı-seçkilik etməmək üçün çox diqqətli olmalıyıq (Yaqub 2:1-10, xüsusilə 1 və 9-cu ayələrə bax). Məsihçi qadın və ya kişinin özünə həyat yoldaşı seçmək standartı həmin insanın məsihçi olub-olmaması (2Korinflilərə 6:14), İsa Məsihə imanla yenidən doğulmasından ibarət olmalıdır (Yəhya 3:3-5). Müqəddəs Kitabın ər və ya arvad seçmək standartı insanın dərisinin rəngi deyil, onun Məsihə olan inamıdır. Burada məsələ irqlərarası evliliyin düz və ya səhv olmasında deyil, müdriklikdə, hissetmədə və duadadır.

İrqlərarası evliliyin ehtiyatla nəzərə alınmasının yeganə səbəbi bu cür qarışıq cütlüklərin başqaları tərəfindən çətin qəbul olunmalarıdır. Bir çox irqi cütlüklər, hətta öz ailələri tərəfindən ələ salınır və ayrı-seçkiliyə məruz qalırlar. Belə valideynlər uşaqlarının dərisinin rənginin valideynlərindən, bacı və ya qardaşından fərqli olmasından əziyyət çəkirlər. Bu cür cütlüklər evlənməmişdən öncə bu şeyləri nəzərə almalı və buna hazır olmalıdırlar. Yenə də Müqəddəs Kitabın bizim üçün məhdudlaşdırdığı yer ailə quracağımız insanın məsihçi - Məsihin Bədəninin üzvü olub-olmamasıdır.



Ana səhifəyə qayıt



Müqəddəs Kitab irqlərarası evlilik barədə nə deyir?