Müqəddəs Kitab Üçlük haqqında nə öyrədir?




Sual: Müqəddəs Kitab Üçlük haqqında nə öyrədir?

Cavab:
Məsihçilikdə ən çətin anlayış olan Üçlüyü dəqiq izah etməyin yolu yoxdur. Üçlük anlayışını bəşəriyyətin nəinki izah etməsi, hətta tam dərk etməsi qeyri-mümkündür. Allah çox böyükdür, ona görə də biz Onu tam dərk etməyi gözləməməliyik. Müqəddəs Kitab öyrədir ki, Ata, İsa və Müqəddəs Ruh Allahdır. Müqəddəs Kitab həmçinin öyrədir ki, Allah təkdir. Baxmayaraq ki, biz Üçlüyün üç ayrı Şəxsiyyətinin bir-birinə olan münasibəti haqqındakı bəzi faktları başa düşsək də, bu bizim üçün ağlasığmazdır. Halbuki, bu onun səhv olması və ya Müqəddəs Kitab təliminə uyğun olmaması mənasını vermir.

Yadda saxla ki, bu mövzunu öyrənərkən Kəlamda “Üçlük” sözündən istifadə olunmayıb. Bu termindən əbədi bir yerdə olan üçvahid Allahı təsvir etmək üçün istifadə olunub. Üçlük olan 1 Allah 3 Şəxsiyyətdən ibarətdir. “Üçlük” terminindən istifadə etmək səhv deyil, baxmayaraq ki, bu söz Müqəddəs Kitabda yoxdur. “Üçlük” sözü “1 Allahı təşkil edən 3 bir yerdə olan, əbədi Şəxsiyyət” sözlərinin qısa formasıdır. Əgər bu da sənin üçün problem yaradırsa, onda belə düşün ki: “Müqəddəs Kitabda baba sözü yoxdur, amma biz bilirik ki, Müqəddəs Kitabda babalar olub. İbrahim Yaqubun babası olub. Ona görə də bu “Üçlük” termini haqqında çox düşünmə.” Ən vacib olan şey budur ki, bu anlayış Kəlamda “Üçlüyün” mövcud olduğunu NÜMAYİŞ etdirir. Daha dəqiq məlumat üçün Üçlük haqqında Müqəddəs Kitab ayələri veriləcək.

1) Allah birdir: Qanunun Təkrarı 6:4; 1Korinflilərə 8:4; Qalatiyalılara 3:20; 1Timoteyə 2:5.

2) Üçlük üç Şəxsiyyətdən ibarətdir: Yaradılış 1:1; 1:26; 3:22; 11:7; Yeşaya 6:8; 48:16; 61:1; Matta 3:16-17; Matta 28:19; 2Korinflilərə 13:14. Əhdi-Ətiq fəsillərini və ibrani dilini bilmək kömək edə bilər. Yaradılış 1:1-də cəm isim olan “Elohim” sözü işlədilib. Yaradılış 1:26; 3:22; 11:7 və Yeşaya 6:8-də cəmdə olan “biz” əvəzliyi işlədilib. Bu “Elohim” və “biz” sözləri SUALSIZ sayın ikidən artıq olduğunu göstərir. İngilis dilində iki forma var: tək və cəm. İbrani dilində isə üç forma var: tək, dual (ikilik) və cəm. Dual ancaq iki üçündür. İbrani dilində dual formasından cüt olan şeylər üçün istifadə olunur: məsələn, gözlər, qulaqlar və əllər. “Elohim” sözü və “biz” əvəzliyi cəmdədir və şübhəsiz ki, ikidən artıqdır - bu üç və ya daha artığa yönəldilməlidir (Ata, Oğul və Müqəddəs Ruh).

Yeşaya 48:16 və 61:1-də Oğul danışarkən Ataya və Müqəddəs Ruha istinad edirdi. Yeşaya 61:1-i Luka 4:14-19-la müqayisə et və danışanın Oğul olduğunu gör. Matta 3:16-17 İsanın vəftiz olunması hadisəsini təsvir edir. Ata Allah Öz Oğlundan məmnunluğunu bildirəndə Müqəddəs Ruh Allah Oğul Allahın üzərinə endi. Matta 28:19 və 2Korinflilərə 13:14 Üçlüyün üç ayrı Şəxsiyyət olduğuna dair nümunələrdir.

3) Üçlüyün üzvləri müxtəlif ayələrlə bir-birindən fərqləndirilir: Əhdi-Ətiqdə “ALLAH” sözü “Rəbb” sözündən fərqlənir (Yaradılış 19:24; Huşə 1:4). “Allah”ın “Oğlu” var (Zəbur 2:7; 12; Süleymanın Məsəlləri 30:2-4). Ruh “Rəbb”dən (Saylar 27:18) və “Allah”dan (Zəbur 51:10-12) fərqlənir. Oğul Allah, Ata Allahdan fərqlənir (Zəbur 45:6-7; İbranilərə 1:8-9). Əhdi-Cədiddə, Yəhya 14:16-17-də İsa Ataya Təsəlliverici Müqəddəs Ruhu göndərməsini deyir. Bu onu göstərir ki, İsa Özünü nə Allah, nə də Müqəddəs Ruh sayır. Digər vaxtlarda İsanın Ata ilə söhbətlərini nəzərə al. O Özü ilə danışırdı? Xeyr. O Üçlüyün digər Şəxsiyyəti olan Ata ilə danışırdı.

4) Üçlüyün hər bir üzvü Allahdır: Ata Allahdır: Yəhya 6:27; Romalılara 1:7; 1Peter 1:2. Oğul Allahdır: Yəhya 1:1, 14; Romalılara 9:5; Koloslulara 2:9; İbranilərə 1:8; 1Yəhya 5:20. Müqəddəs Ruh Allahdır: Həvarilərin İşləri 5:3-4; 1Korinflilərə 3:16 (Müqəddəs Ruh bizim daxilimizdə yaşayır - Romalılara 8:9; Yəhya 14:16-17; Həvarilərin İşləri 2:1-4).

5) Üçlük arasındakı tabelik: Kəlam göstərir ki, Müqəddəs Ruh Ataya və Oğula tabedir, Oğul da Ataya tabedir. Bu daxili münasibətdir və Üçlüyün heç bir Şəxsiyyətinin ilahiliyini inkar etmir. Bu bizim məhdud ağlımızın Allahın qeyri-məhdud ağlını dərk edə bilmədiyi sahədir. Oğula münasibətdə: Luka 22:42; Yəhya 5:36; Yəhya 20:21; 1Yəhya 4:14-ə bax. Müqəddəs Ruha münasibətdə: Yəhya 14:16; 14:26; 15:26; 16:7 və xüsusilə Yəhya 16:13-14-ə bax.

6) Üçlüyün üzvlərinin individual işləri: Allah 1) kainatın (1Korinflilərə 8:6; Vəhy 4:11); 2) ilahi ünsiyyətin (Vəhy 1:1); 3) xilasın (Yəhya 3:16-17) və 4) İsanın insani işlərinin mənbəyi və səbəbidir. Bütün bunlar Allahın TƏŞƏBBÜSÜ ilədir.

Oğul Allahın işlərini görmək üçün nümayəndədir: 1) yaradılış və kainatın saxlanılması (1Korinflilərə 8:6; Yəhya 1:3; Koloslulara 1:16-17); 2) ilahi vəhy (Yəhya 1:1; Matta 11:27; Yəhya 16:12-15; Vəhy 1:1) və 3) xilas (2Korinflilərə 5:19; Matta 1:21; Yəhya 4:42). Allah bütün bu işləri Öz nümayəndəsi olan Oğul vasitəsilə edib.

Ata Müqəddəs Ruh vasitəsilə bu işləri görüb: 1) yaradılış və kainatın saxlanılması (Yaradılış 1:2; Əyyub 26:13; Zəbur 104:30); 2) ilahi ünsiyyət (Yəhya 16:12-15; Efeslilərə 3:5; 2Peter 1:21); 3) xilas (Yəhya 3:6; Titus 3:5; 1Peter 1:2) və 4) İsanın işləri (Yeşaya 61:1; Həvarilərin İşləri 10:38). Bu yolla Allah bütün işləri Müqəddəs Ruhun gücü ilə edib.

Heç bir məşhur şəkil Üçlüyün təsvirini dəqiq verə bilməyib. Yumurta (və ya alma) qabıqdan, yumurtanın ağı və sarısından ibarətdir, lakin onlar ayrı-ayrılıqda yumurta deyillər. Ata, Oğul və Müqəddəs Ruh Allahın hissələri deyil, onların hər biri Allahdır. Su misalı da nisbətən yaxşıdır, lakin o da Üçlüyü dəqiq təsvir edə bilmir. Maye, buxar və buz suyun formalarıdır. Ata, Oğul və Müqəddəs Ruh Allahın formaları deyil, onların hər biri Allahdır. Beləliklə, əgər bu misallar bizə Üçlüyün təsvirini verirsə, bu şəkil tam dəqiq deyil. Qeyri-məhdud Allah, məhdud olan təsvir ilə təsvir oluna bilməz. Öz fikirlərini Üçlüyə yönəltməkdənsə, Allahın böyüklüyünə və üstünlüyünə yönəlt. “Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi! Onun hökmləri nə dərəcədə ağlasığmaz və Onun yolları nə dərəcədə kəşfedilməzdir! Axı Rəbbin ağlını kim dərk etmişdir? Və məgər kimsə Ona məsləhətçi olmuşmu?” (Romalılara 11:33-34)



Ana səhifəyə qayıt



Müqəddəs Kitab Üçlük haqqında nə öyrədir?