Məsihçilər Əhdi-Ətiq qanunlarına tabe olmalıdırlar?




Sual: Məsihçilər Əhdi-Ətiq qanunlarına tabe olmalıdırlar?

Cavab:
Əhdi-Ətiq qanunlarının məsihçilərə deyil, İsrail xalqına verildiyini bilmək, bu mövzunu anlamaq üçün açardır. Bəzi qanunlar israillilərə ona görə verilmişdi ki, onlar Allaha necə itaət etməyi və razı salmağı bilsinlər (məsələn, On Qanun). Bəziləri Allaha necə ibadət etməyi göstərmək (qurban sistemi), digərləri isə sadəcə İsrail xalqını başqa xalqlardan fərqləndirmək üçün verilmişdi (yemək və geyim barədəki qaydalar). Heç bir Əhdi-Ətiq qanunu bugünkü dövrə tətbiq olunmur. İsa çarmıxda öləndə, Əhdi-Ətiq qanunlarına son qoydu (Romalılara 10:4; Qalatiyalılara 3:23-25; Efeslilərə 2:15).

Əhdi-Ətiq qanunları əvəzinə biz indi Məsihin qanunları altındayıq (Qalatiyalılara 6:2), “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev. Bu, birinci və ən böyük əmrdir. Və buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev.” Bütün Qanun və peyğəmbərlər bu iki əmrə bağlıdır (Matta 22:37-40). Əgər biz bu iki şeyi etsək, İsanın bizdən istədiklərini həyata keçirmiş olarıq, “Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir” (1Yəhya 5:3). Rəsmi olaraq, hətta On Qanun da məsihçilərə tətbiq olunmur. Baxmayaraq ki, On Qanunun doqquzu Əhdi-Cədiddə təkrarlanır (Şənbə gününü müqəddəs saxlamaq qanunundan başqa). Aydındır ki, əgər Allahı sevsək, biz başqa Allahlara və bütlərə səcdə etməyəcəyik. Əgər biz qonşumuzu sevsək, qatillik etmərik, yalan danışmarıq, onlara qarşı zinakarlıq etmərik və onların malik olduğu şeylərə tamah salmarıq. Beləliklə, biz Əhdi-Ətiq qanunlarını yerinə yetirmək zərurətində deyilik. Biz Allah və qonşularımızı sevirik. Əgər biz bu iki şeyi sadiqliklə etsək, onda hər bir şey öz yerini tapacaq.



Ana səhifəyə qayıt



Məsihçilər Əhdi-Ətiq qanunlarına tabe olmalıdırlar?