settings icon
share icon
Sual

Qadın pastor / vaiz ola bilərmi? Müqəddəs Kitab qadınların rəhbərliyi haqda nə deyir?

Cavab


Yəqin ki, qadının bu gün pastor kimi xidmət etməsi / rəhbər olması mövzusundan daha mübahisəli mövzu yoxdur. Nəticədə, çox vacibdir ki, bu mövzu kişilərin qadınlara qarşı çıxması kimi anlaşılmasın. Elə qadınlar var ki, onlar qadınların pastor kimi xidmət etməməli olduğuna inanırlar və Müqəddəs Kitabdan olan ayələr göstərməklə qadının rəhbər olmasına məhdudiyyət qoyurlar. Elə kişilər də var ki, onlar qadınların vaiz kimi xidmət etmələrinə inanırlar və düşünürlər ki, qadının rəhbərliyi üçün heç bir məhdudiyyət yoxdur. Bu şovinizm və ya ayrı-seçkilik mövzusu deyil.

1Timoteyə 2:11-12 elan edir, “Qoy qadın sükunət və tam bir tabelik içində öyrənsin. Qadına ağıl öyrətməyə, yaxud ərinə hakim kəsilməyə icazə vermirəm, qadın sükunət içində dinləsin.” Allah cəmiyyətdə kişi və qadını fərqli rollar üçün təyin edib. Bu bəşəriyyətin yaradılış qaydasının nəticəsidir (1Timoteyə 2:13) və günahın dünyaya daxil olma yoludur (2Timoteyə 2:14). Allah həvari Pavelin yazıları vasitəsilə qadınların kişilər üzərindəki ruhani rəhbərliyini məhdudlaşdırır. Bu vəz, müəllimlik, pastor xidməti də daxil olmaqla qadının kişilər üzərindəki ruhani səlahiyyətinin qarşısını alır.

Qadının xidmətdə / pastorluqda olması fikrinə dair bir sıra “etirazlar” var. Ümumi olan bir fikir budur ki, Pavel qadının öyrətməsinin qarşısını alır, çünki birinci əsrdə qadınlar savadsız idilər. Baxmayaraq ki, 1Timoteyə 2:11-14 heç yerdə təhsil statusu haqqında xatırlatmır. Əgər təhsil rəhbərlik etmək üçün şərt idisə, onda İsanın şagirdlərinin çoxu bunun üçün hazır deyildilər. İkinci, ümumi fikir budur ki, Pavel yalnız Efes qadınlarının təlim verməsinin qarşısını alır (1Timoteyə məktub Timoteyə yazılmışdı, o isə Efes cəmiyyətinin pastoru idi). Efes şəhəri Yunan / Roma ilahəsi olan Artemida məbədinə görə tanınırdı. Artemidaya səcdədə qadınlar rəhbərlik edirdilər. Baxmayaraq ki, nə 1Timoteydə, nə də Pavel özü 1Timoteyə 2:11-12-dəki məhdudiyyətin səbəbinin Artemidaya ibadət etmələri olduğunu demir.

Üçüncü ümumi etiraz budur ki, Pavel bunu ümumilikdə kişi və qadınlara deyil, ər-arvadlara yönəldir. 1Timoteyə 2:11-14-dəki yunan sözləri ər-arvadlara istiqamətləndirilir. Baxmayaraq ki, bu sözlərin əsas mənası kişi və qadındır. Sonradan eyni yunan sözləri 8-10-cu ayələrdə də işlədilir. Yalnız kişilərmi pak əllər qaldırıb, qəzəblənməyərək və mübahisə etməyərək dua etməlidirlər (ayə 8)? Yalnız qadınlarmı ədəbli qiyafətlə və mötədilliklə Allaha ibadət etməlidirlər (aylər 9-10)? Əlbəttə ki, xeyr. 8-10-cu ayələr yalnız ər-arvadlara deyil, ümumilikdə kişi və qadınlara aiddir. 11-14-cü ayələrdəki kontekstdə heç bir şey kişi və qadının rolunun dəyişilməsini göstərmir.

Baxmayaraq ki, digər təkrarlanan etiraz Məryəmə, Devoraya, Xuldaya, Priskilaya, Fibiyə və s. münasibətdə - bu qadınların Müqəddəs Kitabdakı rəhbərlik mövqeləri olmuşdu. Bu etirazda bəzi əhəmiyyətli faktorlar qeydə alınmayıb. Devoraya münasibətdə o, 13 kişi hakim arasında yeganə qadın hakim idi. Xuldaya münasibətdə o, Müqəddəs Kitabda qeyd olunan bir çox kişi peyğəmbərlər arasında yeganə qadın peyğəmbər idi. Məryəmi rəhbərliklə əlaqələndirən bir şey var idi ki, bu da onun Musa və Harunun bacısı olması idi. Padşahların vaxtında ən məşhur olan qadınlar Atalya və İzevel idi ki, onlar da Allahın qadın rəhbərlərinin ən amansız nümunələri idi.

Həvarilərin İşləri 18-ci fəsildə qeyd olunan Priskila və Akilanın Məsih üçün sadiq xidmətçilər olduğu göstərilir. Priskilanın adı öndə çəkilir, bu da onu göstərir ki, o xidmətçilikdə yoldaşından daha “görkəmli” idi. Halbuki, heç bir yerdə Priskilanın 1Timoteyə 2:11-14-ə zidd olaraq, hansısa bir rəhbərlik işində iştirakı təsvir olunmur. Priskila və Akila Apollosu öz evlərinə gətirib, Allahın Kəlamını ona daha dəqiq izah etmişdilər (Həvarilərin İşləri 18:26).

Romalılara 16:1-də Fibi “yardımçı” əvəzinə “dyakon” kimi qeyd olunsa da, bu Fibinin cəmiyyətdə təlim verdiyini göstərmir. “Öyrətməyə qabiliyyətli olmaq” xüsusiyyəti dyakonlara deyil, rəhbərlərə verilib (1Timoteyə 3:1-13; Titusa 1:6-9). Nəzarətçi / cəmiyyət yardımçıları / rəhbərlər “tək arvadlı,” “vüqarla uşaqları tabeliyində saxlayan,” “qüsursuz” olmalıdırlar. 1Timoteyə 3:1-13 və Titus 1:6-9-a əlavə olaraq, kişilərə aid olan xüsusiyyətlər xüsusi olaraq rəhbərlərə / nəzarətçilərə / cəmiyyət yardımçılarına yönəldilib.

1Timoteyə 2:11-14-ün quruluşu “səbəbi” açıqlayır. 13-cü ayə “çünki” sözü ilə başlayır və Pavelin 11-12-ci ayələrdə nə demək istədiyinin “səbəb”ini verir. Nə üçün qadın öyrətməməli yaxud da kişi üzərində səlahiyyəti olmamalıdır? Çünki - “Çünki ilk yaradılan Adəm olmuşdur, Həvva isə sonra yaradılmışdır, aldanan da Adəm olmamışdır, lakin qadın aldanıb, cinayətkar oldu.” Səbəb budur. Allah birinci Adəmi yaradıb, sonra Həvvanı Adəm üçün “köməkçi” yaradıb. Bu yaradılış qaydası ailəyə və cəmiyyətə kamil şəkildə tətbiq olunur (Efeslilərə 5:22-33). Həvvanın aldanması faktı da qadının nə üçün pastor və ya ruhani səlahiyyətə malik ola bilməməsinin səbəbini göstərir. Bəzi insanlar inanır ki, qadınlar öyrətməməlidirlər, çünki onlar daha tez aldanırlar. Bu anlayış mübahisəlidir ...lakin əgər qadın daha tez aldanırsa, onda nə üçün qadına uşaqları və ya digər qadınları öyrətməyə icazə verilir? Mətnin demək istədiyi bu deyil. Qadınlar ona görə öyrətməməli və kişilər üzərində səlahiyyətə malik olmamalıdırlar ki, Həvva aldanıb. Nəticədə, Allah cəmiyyətdə əsas öyrətmə səlahiyyətini kişilərə verib.

Qadınlarda qonaqpərvərlik, mərhəmət, öyrətmə və kömək etmə ənamları daha yaxşı görünür. Cəmiyyət xidmətlərinin çox hissəsi qadınlardan asılıdır. Qadının cəmiyyətdə dua və peyğəmbərlik etməsi məhdudlaşdırılmır (1Korinflilərə 11:5). Müqəddəs Kitabın heç bir yerində qadının Müqəddəs Ruhun ənamlarını almasının qarşısı alındığı yer yoxdur (1Korinflilərə 12-ci fəsil). Qadınlar da kişilər kimi xidmət etməyə və Müqəddəs Ruhun səmərələrini göstərməyə (Qalatiyalılara 5:22-23) və itmişlərə Müjdəni bəyan etməyə çağırılıblar (Matta 28:18-20; Həvarilərin İşləri 1:8; 1Peter 3:15).

Allah yalnız kişini ruhani rəhbər mövqeyinə təyin edib. Ona görə yox ki, kişilər daha yaxşı müəllimlik edir və qadınlardan daha ağıllıdırlar (səbəb bu deyil). Bu sadəcə Allahın cəmiyyətinin fəaliyyət formasıdır. Kişilər ruhani rəhbərlərdir - öz həyatlarında və sözlərində. Qadınlar isə onlara nisbətən daha az səlahiyyətə malikdirlər. Qadınlar başqa qadınları öyrətməyə ruhlandırılıblar (Titusa 2:3-5). Müqəddəs Kitab qadınların uşaqları öyrətməsinə məhdudiyyət qoymur. Yalnız onların kişiləri öyrətməsi və kişilər üzərində səlahiyyətlərini məhdudlaşdırır. Məntiqi olaraq buna qadınların pastor / vaiz olması da daxildir. Bu qadınların daha az vacib olması mənasını vermir, əksinə onlara imkan verir ki, fikirlərini Allahın onlara verdiyi ənamlara uyğun olaraq xidmət etməyə yönəltsinlər.

English



Ana səhifəyə qayıt

Qadın pastor / vaiz ola bilərmi? Müqəddəs Kitab qadınların rəhbərliyi haqda nə deyir?
© Copyright Got Questions Ministries