settings icon
share icon
Sual

Ölümdən sonra nə baş verir?

Cavab


Ölümdən sonra nə baş verir sualı çaşdırıcı ola bilər. Müqəddəs Kitab insanın son əbədi taleyini nə zaman əldə etdiyini açıq izah etmir. Müqəddəs Kitab bizə deyir ki, insan öldüyü andan Məsihə şəxsi Xilaskarı kimi iman edib-etməməsindən asılı olaraq, cənnətə və ya cəhənnəmə aparılır. İmanlılar üçün ölüm bədəndən ayrılmaq və Rəbblə olmaqdır (2 Korinflilərə 5:6-8; Filipililərə 1:23). İmansızlar üçün isə ölüm cəhənnəmdə əbədi cəza çəkməkdir (Luka 16:22-23).

Ölümdən sonra nə baş verəcəyini müəyyən etmək üçün bu iki şey çaşdırıcı ola bilər. Vəhy 20:11-15 cəhənnəmdə odlu gölə atılanları təsvir edir. Vəhy 21-22-ci fəsillər Yeni Yer və Yeni Göyü təsvir edir. Baxmayaraq ki, bu son dirilməyə qədər olacaq. Ölümdən sonra insan “müvəqqəti” cənnət və cəhənnəmdə məskunlaşır. İnsanın əbədi aqibəti dəyişilməyəcək, lakin imanlılar yeni göylərə göndəriləcək (Vəhy 21:1). Ölümdən sonra imansızlar odlu gölə atılacaqlar (Vəhy 20:11-15). Bütün bunlar nəticədir, insanların əbədi taleyi - onların günahlardan azad olmaq üçün İsa Məsihə iman edib-etməmələrindən asılıdır.

English



Ana səhifəyə qayıt

Ölümdən sonra nə baş verir?
© Copyright Got Questions Ministries