settings icon
share icon
Sual

İsa Allahdır? İsa Özünü Allah etmək istəyirdi?

Cavab


Müqəddəs Kitabda İsanın birbaşa “Mən Allaham” deməsi barədə heç nə yazılmayıb. Lakin bu o demək deyil ki, O Allah olduğunu elan etməyib. Misal üçün İsanın Yəhya 10:30-da dediyi sözləri götürək, “Mən və Ata birik.” İlk baxışdan bu İsanın Allah olduğunu təsdiqləməyə bilər. Buna baxmayaraq, yəhudilərin onun bəyanatına olan reaksiyasına bax, “Səni yaxşı işə görə deyil, küfr etdiyin üçün və Sən insan ikən Özünü Allah etdiyinə görə daşa basırıq” (Yəhya 10:33). Yəhudilər İsanın Allah olması bəyanatını təsdiqlədiyini başa düşdülər. Növbəti ayələrdə, “Mən Özümü Allah etmirəm” sözlərini deməklə, İsa heç vaxt yəhudilərin səhvini düzəltmədi. Bu İsanın Allah olduğuna işarə edir, “Mən və Ata birik” (Yəhya 10:30). Yəhya 8:58 isə başqa bir misaldır. İsa bəyan etdi, “Sizə doğrusunu, doğrusunu deyirəm: İbrahim olmazdan əvvəl Mən varam!” Yenə də cavabında yəhudilər İsanı daşlamağa cəhd göstərdilər (Yəhya 8:59). Əgər İsa Özünün Allah olduğunu elan etmirdisə, onda nə üçün yəhudilər onu daşlamaq istəyirdilər?

Yəhya 1:1 deyir, “Kəlam Allah olub.” Yəhya 1:14 deyir, “Kəlam bəşər olub.” Bu açıq-aydın İsanın bədəndə olan Allah olmasının əlamətləridir. Həvarilərin İşləri 20:28 bizə deyir, “...Rəbbin və Allahın cəmiyyətini, Öz qanı bahasına əldə etdiyi cəmiyyəti güdün.” Öz qanı bahasına cəmiyyəti alan kimdir? İsa Məsih. Həvarilərin İşləri 20:28 bəyan edir ki, Allah cəmiyyəti Öz qanı bahasına əldə edib. Ona görə də İsa Allahdır!

İsanın şagirdi olan Toma İsa ilə əlaqədar demişdi, “Rəbbim və Allahım!” (Yəhya 20:28) İsa onun səhvini düzəltmədi. Titus 2:13 bizi Böyük Allah və Xilaskarımız Məsih İsanın zühurunu gözləməkdə ruhlandırır (bax 2Peter 1:1). İbranilərə 1:8-də Ata İsaya müraciətində deyir, “Oğlu haqqında isə bunları deyir: “Ey Allah, taxtın əbədi və daimidir, və Səltənətinin əsası haqqa istinad edən əsadır.”

Vəhy kitabında mələk həvari Yəhyanı yalnız Allaha səcdə etməyə yönəldir (Vəhy 19:10). Kəlamda İsa bir neçə dəfə səcdəni qəbul edib (Matta 2:11; 14:33; 28:9,17; Luka 24:52; Yəhya 9:38). O heç vaxt insanları Ona səcdə etdiklərinə görə məzəmmət etməyib. Əgər İsa Allah olmasaydı, O Vəhy kitabındakı mələyin etdiyi kimi insanlara Ona səcdə etməməyi deyərdi. Kəlamda İsanın Allahlığını sübut edən bir çox ayələr və fəsillər var.

Ən vacib səbəb odur ki, İsa Allah olmasaydı, bütün dünyanın günahlarının cəzasını götürməzdi (1Yəhya 2:2). Yalnız Allah belə əbədi cəzanı götürə bilərdi. Yalnız Allah dünyanın günahlarını götürə (2Korinflilərə 5:21), günah və ölüm üzərindəki qələbəsini sübut edərək ölə və dirilə bilərdi.

English



Ana səhifəyə qayıt

İsa Allahdır? İsa Özünü Allah etmək istəyirdi?
© Copyright Got Questions Ministries