Məsihçilik nədir və məsihçilər nəyə inanır?




Sual: Məsihçilik nədir və məsihçilər nəyə inanır?

Cavab:
1Korinflilərə 15:1-4 deyir, “Qardaşlar, sizə təbliğ etdiyim və qəbul edib bağlı qaldığınız Müjdəni xatırlatmaq istəyirəm; əgər sizə müjdələdiyim təbliğə bərk-bərk sarılırsınızsa, o Müjdə ilə də xilas olacaqsınız. Əks təqdirdə boş yerə iman etmisiniz. Çünki mənim də aldığım bu ən ümdə təlimi sizə təslim etdim, yəni Məsih, Müqəddəs Yazılara uyğun olaraq, bizim günahlarımız üçün öldü, və basdırıldı, üçüncü gündə isə Müqəddəs Yazılara uyğun olaraq dirildi.”

Qısaca olaraq bu məsihçi imanıdır. Məsihçilik digər imanlar arasında nadirdir, çünki məsihçilik dini qaydalardan çox ünsiyyət haqqındadır. Etməli və etməməli şeylərdən ibarət olan siyahıya bağlı qalmaq əvəzinə məsihçinin məqsədi Ata Allahla daha yaxından yeriməyi inkişaf etdirməkdir. Bu ünsiyyət İsa Məsihin işi və məsihçi həyatını idarə edən Müqəddəs Ruh sayəsində mümkündür.

Məsihçilər Müqəddəs Kitabın Allahdan ilhamlandığına və bu təlimin nüfuzuna inanırlar (2 Timoteyə 3:16; 2Peter 1:20-21). Məsihçilər bir Allahda mövcud olan üç şəxsiyyətə, Ataya, Oğula (İsa Məsih) və Müqəddəs Ruha iman edir.

Məsihçilər inanır ki, bəşəriyyət xüsusulə Allahla ünsiyyət üçün yaradılıb, lakin günah insanı Allahdan ayırıb (Romalılara 5:12, Romalılara 3:23). Məsihçilik öyrədir ki, İsa Məsih yer üzünə tam Allah və tam insan kimi gəlmiş (Filipililərə 2:6-11) və çarmıxda ölmüşdür. Məsihçilər inanır ki, O çarmıxda öldükdən sonra basdırılmış, yenidən dirilmiş və indi Allahın sağında oturub, əbədi olaraq imanlılar üçün vəsatət edir (İbranilərə 7:25). Məsihçilik elan edir ki, İsanın çarmıxda ölümü bütün insanların günahlarının əvəzini ödəmək üçün kifayətdir və bu da Allahla insan arasındakı qırılmış ünsiyyəti bərpa edir (İbranilərə 9:11-14; İbranilərə 10:10; Romalılara 6:23; Romalılara 5:8).

Xilas olmaq istəyən şəxs sadəcə Məsihin çarmıxda tamamlanmış işinə iman etməlidir. Əgər bir kimsə Məsihin onun günahlarının əvəzini ödəmək üçün öldüyünə və dirildiyinə inanırsa, o xilas olub. Xilası qazanmaq üçün biz heç nə edə bilmərik. Heç kim “kifayət qədər yaxşı” ola bilməz ki, Allahı razı sala bilsin, çünki biz hamımız günahkarlarıq (Yeşaya 64:6-7, Yeşaya 53:6). İkincisi, görülməli heç bir iş qalmayıb, çünki İsa hər şeyi tamamlayıb! İsa çarmıxda olanda demişdi, “Tamam oldu” (Yəhya 19:30).

İnsanın xilası özünün qazanması üçün heç bir şey edə bilmədiyi kimi, bir dəfə çarmıxda İsanın gördüyü işə iman edən kəsin, onu itirmək üçün heç bir səbəbi yoxdur. Yadda saxla, iş görülüb və Məsih vasitəsilə tamamlanıb! Yəhya 10:27-29 məlumat verir, “Qoyunlarım səsimə qulaq asırlar, Mən də onları tanıyıram, və ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar əsla həlak olmazlar; və kimsə onları əlimdən oğurlaya bilməz. Onları Mənə verən Atam hamıdan böyükdür; onları Atamın əlindən oğurlamağa heç kimin gücü çatmaz.”

Bəziləri düşünə bilər, “Bu ki, əladır - mən artıq xilas oldum, öz istədiyimi edə bilərəm və xilasımı itirməyəcəyəm!” Lakin xilas öz istədiklərini edə biləcəyin qədər azad olmaq demək deyil. Xilas köhnə günahlı təbiətə xidmət etməkdən azad olmaq və Allahla düzgün ünsiyyətdə olmaqdır. Nə qədər ki, imanlılar yer üzündə günahlı bədəndə yaşayırlar, bir o qədər də günaha düşməmək üçün daimi mübarizə aparacaqlar. Günahda yaşamaq Allahın insanla axtardığı ünsiyyətə mane olur. Nə qədər ki, insan imanlı ola-ola günahda yaşayır, o, Allahın onunla ünsiyyətdə olmaq arzusundan zövq almayacaq. Halbuki, məsihçilər Allahın kəlamından istifadə etməklə, öyrənməklə və Müqəddəs Ruhla idarə olunmaqla həyatlarında günaha qarşı mübarizədə qalib gələ bilərlər. Bu gündəlik vəziyyətlərdə Müqəddəs Ruhun təsirinə, idarəsinə və Müqəddəs Ruh vasitəsilə Allahın Kəlamına itaət etməklə mümkündür.

Beləliklə də, bir çox dini sistemlər insandan müəyyən şeyləri edib, müəyyən şeyləri etməməyi tələb etdiyi halda, məsihçilik Allahla ünsiyyətdə olmaq haqqındadır. Məsihçilik Məsihin sənin günahın üçün ölməsinə və dirilməsinə imandır. Sənin borcların ödənilib və sən Allahla ünsiyyətə malik ola bilərsən. Sən günah üzərində qələbə qazana, Allahla ünsiyyətdə yeriyə və Allaha itaətdə ola bilərsən. Bu həqiqi biblik Məsihçilikdir.



Ana səhifəyə qayıt



Məsihçilik nədir və məsihçilər nəyə inanır?